Biliklərinizi artırmaq üçün texniki sahədə 50-dən çox dərsliklər.
Microsoft PowerPoint təqdimat yaratmaq üçün istifadə olunan Microsoft Office proqramıdır, Microsoft Windows və Mac OS əməliyyat sistemlərində istifadə olunur.
Microsoft Access müxtəlif növ informasiyanı toplamağa və sistemləşdirməyə, verilmiş şərtlərə əsasən obyektlərin axtarışı və sıralanmasını təşkil etməyə, verilənlərin daxil edilməsi üçün formalar tərtib etməyə və hesabatlar hazırlamağa imkan verir. Microsoft Access geniş diapazonda informasiyanın idarəetmə effektivliyini artıran güclü tətbiqi proqramdır.
Windows XP Microsoft-un fərdi kompüterlər, noutbuklar üçün nəzərdə tutulmuş 32-bit və 64 bitlik əməliyyat sistemləri ailəsindəndir. Windows müasir kompüterlərin istifadəsində yeni imkanlar açan bir sistem olub, proqramın yerinə yetirilməsi üçün rahat şərait yaradır. XP adı "eXPerience" sözündən götürülmüşdür, mənası "təcrübəli", "məlumatlı" deməkdir. Windows XP Windows 2000 və Windows ME əməliyyat sistemlərinin varisi və Microsoft-un Windows NT əsasında qurulmuş ilk istehlakçı yönümlü əməliyat sistemidir.
Ghost proqramı disk və ya disk bölməsinin təsvirini yaratmaq və tətbiq etmək üçün istifadə olunur. Təsvir ("image") hər hansı bir diskin tərkibini, daxilindəki adi və gizli faylları və yüklənmə sektoru, habelə bir sıra digər adi nüsxələnmə ilə mümkün olmayan obyektlərin sıxılmış və ya adi nüsxəsidir. Diskin təsvirini bərpa etdikdə, kompüterin vəziyyəti diskin təsvirinin yaradılması tarixindəki vəziyyətə qayıdır.
Kompüterlərin profilaktikasına və kompüter gigiyenasının standart qaydalarına əməl olunmadıqda, WINDOWS mühitində qeyri effektiv şəkildə işlədikdə, faylarla qeyri düzgün əməliyyat apardıqda və habelə müdafiə zəif təşkil olunduqda aşağıdakı simptomlar müşahidə olunur:
Bu mətndə C dilində proqram tərtibindən bəhs olunur. Mətndən tələbələr, məktəblilər, informatika fənnini tədris edən müəllimlər, sistem inzibatçıları və ümumilikdə, C (si) proqramlaşdırma dilini öyrənmək istəyən kər kəs istifadə edə bilər.
Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da proqramlaşdırma sahəsinə maraq günü-gündən artmaqdadır. Qısa bir sübut göstərim, mənim qaldığım 9 mərtəbəli binada 10-15 nəfərə yaxın, müxtəlif universitetlərdə bu ixtisasla oxuyanlar var. Və bu ixtisas üzrə seçimlər də günbəgün artmaqdadır.
Artıq 1993-cü ildə Microsoft firması 1-ci vizual proqramı istehlaka buraxdı və Windows əməliyyat sistemi üçün proqramlaşdırma MS-DOS əməliyyat sistemi üçün proqramlaşdırmadan olduqca asan oldu. Buna cavab olaraq, Borland firması 1995-ci ildə Delphi proqramlaşdırma dilinin 1-ci versiyasını istehsal etdi və ardıcıl olaraq, 1996-cı oldə Delphi 2, 1997-ci ildə Delphi 3, 1998-ci ildə Delphi 4, 1999-cu ildə Delphi 5 və 2000-ci ildə Delphi 5.5 hazırlandı.
Kompüterinizdə hansı əməliyyat sistemi yüklənmiş olursa-olsun, arxa planda işləməkdə olan daha bir əməliyyat sistemi var. Mavi ekran vermədən, cihaz drayveri istəmədən işini yerinə yetirən bu əməliyyat sistemi BIOS adlanır.